|
02 May 2012, saat 06:07 |
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradıldı. Bundan başqa, həmin sərəncama uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”na dəyişikliklər ediləcək. |
|
|
02 May 2012, saat 12:19 |
 AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev institutda qurulan infrastruktur, aparılan elmi-tədqiqat işləri, innovativ layihələr, nəzərdə tutulan strateji istiqamətlər barədə İTİ-nin fəaliyyəti ilə tanış olan qonaqlara geniş məlumat verib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də qonaqlar arasında olub. |
|
|
30 Aprel 2012, saat 05:56 |
 29 aprel 2012-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İTİ-nin birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın II final mərhələsi keçirildi. Olimpiadanın sponsorları “Azerfon” və “BestComp Group” şirkətləridir. |
|
|
30 Aprel 2012, saat 05:34 |
 Aprelin 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimat mərasimi keçirildi. Təhsil Nazirliyinin “Təhsilin idarə olunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Calallının müəllifi olduğu kitab Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf olunub. |
|
|
28 Aprel 2012, saat 07:39 |
 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında təşkil olunmuş sərgidə İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti böyük maraqla qarşılanıb. Yığıncaqda Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak edirdilər. |
|
|
27 Aprel 2012, saat 12:00 |
 AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) oldu. AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev institutun fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri və innovativ layihələr haqda ətraflı məlumat verdi. |
|
|
20 Aprel 2012, saat 12:00 |
 Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Kibernetika və İnformasiya texnologiyaları üzrə Problem Şurasının növbəti iclası keçirildi. |
|
|
<< Birinci < Əvvəlk 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Sonuncu >>
|
| Nəticələr səhifəsi 1 - 7 Cəmi 237 |